Bağçalıdan partiya sədrinə şok sözlər
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı da Hür Dava Partiyasının (HÜDA PAR) sədri Zəkəriya Yapıcıoğlunun Konstitusiyanın 4-cü maddəsinə qarşı olduqlarına dair açıqlamasına cavab verib.
“Cebheinfo.az” xəbər verir ki, siyasətçi günlərdir davam edən müzakirələrə sərt təpki göstərib.
O, Zəkəriya Yapıcıoğlunun sözlərinin yox hökmündə olduğunu deyib:
“Kim olmasından, hansı mövqedə dayanmasından asılı olmayaraq, Konsitusiyanın ilk 4 maddəsini dəyişdirmək istəyənlər və bu barədə düşünənlər bizim üçün yox hökmündədirlər. Onların ciddi qəbul ediləcək bir tərəfləri də yoxdur. MHP Konstitusiyanın ilk 4 maddəsinin dəyişməsinə qarşıdır”.
Elmir Mustafa
“Cebheinfo.az”