Bahalaşma baş naziri kreslosundan edir

Bahalaşma baş naziri kreslosundan edir

2015-ci ildən Kanadanın Baş naziri olan Castin Trüdo Monrealda keçirilən ara seçkilərdən sonra məyus olub.

"Cebheinfo.az" xəbər verir ki, Baş nazirin istefası üçün təzyiqlərin artacağı gözlənilir.

İlkin nəticələrə görə, Kanadanın hakim Liberal Partiyası Monrealda keçirilən təkrar seçkilərdə uzun müddət saxladığı parlament mandatını itirib.

Monrealda keçirilən seçkilərdə separatçı Kvebeka blokunun namizədi Lui-Filipp Sauve birinci yerə yüksəlib. Liberal Partiyasının namizədi Laura Palestini isə ikinci yerə düşüb.

Bu nəticənin Baş nazir Trüdoya istefa verməsi üçün təzyiq kimi istifadə ediləcəyi gözlənilir.

Bu nəticə doqquz ilə yaxındır vəzifədə olan və populyarlığı getdikcə azalan Trüdonu siyasi gələcəyi haqqında düşünməyə vadar edəcək. Kanadada vətəndaşlar bir müddətdir ki, yaşayış xərclərinin artması və mənzil böhranı kimi problemlərdən şikayətlənirlər.

Kanadada seçkilərin 2025-ci ilin oktyabrında keçirilməsi planlaşdırılır.

Ləman İsmayıl
"Cebheinfo.az"