Bahçelinin məmləkətində zəlzələ

Bahçelinin məmləkətində zəlzələ

Türkiyənin Osmaniye vilayətində yenidən zəlzələ qeydə alınıb.

Bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Toprakkale rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.1 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 16.7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

"Cebhe.info"