Blinken: “Putin Ukraynadan daha çox yaşaya bilməz”

"ABŞ-nin Ukraynaya silah tədarükü cəbhə xəttində vəziyyətin sabitləşməsinə kömək edir . Vaşinqton Ukraynanı daha çox hava hücumundan müdafiə imkanları ilə təmin etmək üçün çox çalışır”.
“Cebhe.info” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken deyib.
Moldovanın paytaxtı Kişinyovda keçirdiyi mətbuat konfransında danışan Blinken bildirib ki, Ukraynanın dəstəyi Rusiya Prezidenti Vladimir Putinə “Ukraynadan daha çox yaşaya bilməz” mesajı verir.
Blinken bildirib ki, Rusiya ABŞ-nin 61 milyard dollarlıq silah paketinin Ukraynaya ötürülməsindəki gecikmədən istifadə edib:
“Lakin bu silahlar indi döyüş meydanına çatıb və öz bəhrəsini verir. Biz görürük ki, bu, real nəticələr verir, o cümlədən cəbhədəki vəziyyəti sabitləşdirir”.
Onun sözlərinə görə, Prezident Co Bayden administrasiyası ABŞ Konqresi ilə birlikdə Moldovaya əlavə 50 milyon dollar ayırmaq üçün çalışır. Onun sözlərinə görə, ölkənin enerji və kənd təsərrüfatı sektorlarında islahatlar və dezinformasiyaya qarşı mübarizə vasitəsilə Rusiyanın müdaxiləsinə qarşı kömək edəcək.
Xəzər
“Cebhe.info”