Bu ölkə 50 döyüş təyyarəsi alacaq

Bu ölkə 50 döyüş təyyarəsi alacaq

“Nigeriya terrorla mübarizə çərçivəsində 50 yeni döyüş təyyarəsi alacaq”.

"Cebhe.info" xəbər verir ki, bu barədə Katsina əyalətində qurulan yeni hərbi obyektlərin açılışında Nigeriya Hərbi Hava Qüvvələri komandanı Hassan Bala Abubakar bildirib:

“Ölkənin alacağı yeni təyyarələr arasında “24 M-346” döyüş təyyarəsi, “12 AW109” çoxməqsədli helikopter və bir cüt “Casa 295” nəqliyyat təyyarəsi var”.

Təyyarələrin gələn ilə qədər təhvil verilməsinin gözlənildiyini bildirən Əbubəkar, "Təyyarələr son illərdə şimal-qərb və mərkəzi əyalətləri terror törədənlərə və silahlı dəstələrə qarşı hücumlara dəstək üçün istifadə olunacaq" deyib.

Əbubəkar təyyarələrin hansı ölkədən alınacağı ilə bağlı məlumat verməyib.

Xatırladaq ki, təhlükəsizlik problemlərinin artdığı Nigeriya terror qruplaşmalarına qarşı mübarizə çərçivəsində daha əvvəl Türkiyə və ABŞ-dən döyüş təyyarələri almışdı.

Nigar Hacılı 
"Cebhe.info"