Bu ölkədə sosial şəbəkələrə qadağa qoyuldu

Türkiyədə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanmasından sonra bir neçə sosial şəbəkə platformasına girişə məhdudiyyət tətbiq edilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində interneti izləyən beynəlxalq monitorinq xidməti "NetBlocks" məlumat yayıb.
Bildirilib ki, “YouTube”, “X”, “TikTok” və “Instagram”ın Türkiyədə fəaliyyətinə məhdudiyyət qoyulub. Məhdudiyyətin digər detalları ilə bağlı hələlik məlumat verilməyib.
Qeyd edək ki, “NTV” telekanalının məlumatına görə, İstanbul Baş Prokurorluğu İmamoğlu və daha 100-dən çox şəxsə qarşı korrupsiya, rüşvət və terrorçularla əməkdaşlıq ittihamları irəli sürüb.
Səbinə Uğur
"Cebheinfo.az"