CNN-nin həbsxanadan azad etdiyi şəxs kimdir?- Böyük qalmaqal

“The New York Post” iddia edir ki, Amerikanın CNN televiziya şəbəkəsi Suriyadakı reportajları zamanı hərbi cinayətlərdə əli olduğu iddia edilən bir məhbusun azad edilməsində iştirakçı olub.
“Cebheinfo.az”-ın “NY Post”-a istinadən məlumatına görə, televiziya şirkəti ölkədə baş verən son hadisələr zamanı qapalı müəssisəyə daxil olaraq özünü Adel Gurbal kimi təqdim edən məhbusun azadlığa buraxılmasına şərait yaradıb. Verify-Sy təşkilatının “müstəqil və qərəzsiz” ekspertlər qrupu tərəfindən yoxlanışdan sonra məlum olub ki, xilas edilən şəxs Salama Məhəmməd Salamadır. Nəşrin yazdığına görə, məhbus hərbi cinayətlərdə, o cümlədən qəsb, oğurluq və məcburi əməkdaşlıqda iştirak edə bilər.
Qəzet həmçinin hesab edir ki, CNN-in reportajının görüntüləri qeyri-təbii görünür. CNN xilas edilən məhbusun üç aydır təkadamlıq kamerada olduğunu bildirib. “Bununla belə, kişinin görünüşü və gün işığına reaksiyası şübhəlidir”, -deyə NYP yazır. Məhkum yaxşı baxımlı və fiziki cəhətdən sağlam görünür, 90 gün təkadamlıq kamerada saxlanılan adama bənzəmir.
CNN xəbərin uydurma olması ilə bağlı ittihamları rədd edib.
Xəzər
“Cebheinfo.az”