Con Bolton təxmin etdi: “Ukrayna üçün pis xəbər olacaq”

Con Bolton təxmin etdi: “Ukrayna üçün pis xəbər olacaq”

Ağ Evin ABŞ-dəki keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun fikrincə, Donald Trampın ölkədə hakimiyyətə gəlməsi Ukrayna üçün pis xəbər olacaq.

“Cebheinfo.az” xəbər verir ki, bunu Bolton CNN telekanalına müsahibəsində bildirib. Bolton Trampın Ukrayna Prezidenti Vladimir Zelenski ilə bu yaxınlarda keçirdiyi telefon danışığında “dünyaya sülh gətirəcəyini” qeyd etdiyi bəyanatını xatırladıb.

“Mən psixiatr deyiləm, amma “dünyaya sülh gətirəcəyəm” deyən insanın texniki terminini bilirəm. Bu dəlilikdir. Onun bu müharibəni necə bitirəcəyi barədə heç bir fikri yoxdur, amma düşünürəm ki, onun Vladimir Putinə yaxınlığı son nəticədə Ukrayna üçün dağıdıcı olacaq güzəştlərə gətirib çıxaracaq”, - Bolton bildirib.

Eyni zamanda, Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynaya yaxşı ürəyinə görə deyil, sərt Amerika maraqları üçün kömək edir.

Xəzər
“Cebheinfo.az”