Difteriya epidemiyası bu ölkədə tüğyan edir

Difteriya epidemiyası bu ölkədə tüğyan edir

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada difteriya epidemiyasına yoluxanların sayının 7 minə yaxınlaşdığı bildirilib.

Cebhe.info xəbər verir ki, bu barədə Sərhədsiz Həkimlər Təşkilatı məlumat yayıb.

Bildirilir ki, Nigeriyanın Bauçi, Borno və Kano əyalətlərində 6 min 838 nəfərdə difteriya xəstəliyi aşkar edilib.

Burun qızdırması olaraq da bilinən difteriya "corynebacterium diphtheriae" adlı mikroorqanizm boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.

Nigar Hacılı
Cebhe.info