Ermənilər Əskiparanı təhvilə hazırlayırlar: Kilsənin ətrafında... - VİDEO

Ermənistanın Demokratik Birlik Partiyasının sədri, politoloq Suren Petrosyan “Facebook”-da Əskipara kəndindən canlı yayımda silahlı qüvvələrin ərazidəki kilsəyə bitişik ərazilərdə yenicə mina təmizləmə işləri aparmağa cəhd etdiyini bildirib.
O qeyd edib ki, kənd sakinləri bu işlərə mane olub, aparılmasına imkan verməyiblər:
“Buradan açıq-aydın görünür ki, hakimiyyət yenə də aldadılıb və bu, sərhədin buradan keçməyəcəyinə dair razılaşmaların mövcudluğu ilə bağlı ən böyük yalandır, çünki birtərəfli təslim prosesinin davam etdiyi aydındır. Əks halda, kilsənin ətrafını təmizləməyə çalışmaq üçün heç bir əsas olmazdı”.
Xəzər
“Cebhe.info”