Erməni deputat döyülərək xəstəxanalıq oldu

Erməni deputat döyülərək xəstəxanalıq oldu

Ermənistan parlamentində baş verən davadan sonra hakim “Vətəndaş sazişi” Partiyasından olan deputat Vladimir Vardanyan xəstəxanaya aparılıb.

Cebhe.info Ermənistan mətbuatına istinadən bildirir ki, bu barədə parlamentin mətbuat xidmətindən deyilib. Bildirilib ki, parlament rəhbəri hadisə yerində olmayıb, lakin o, hadisəni pisləyir.

Qeyd edək ki, Milli Assambleyanın qapalı iclasında hakim partiyadan olan deputat Vladimir Vardanyanla “Ermənistan” blokundan olan deputat Mher Saakyan arasında mübahisə davaya çevrilib.

Xəzər
Cebhe.info