Əskiparada Azərbaycan bayrağı qaldırılıb

Əskiparada Azərbaycan bayrağı qaldırılıb

“Əskiparada artıq Ermənistan bayrağı götürülüb. Onun yerində isə Azərbaycan bayrağı qaldırılıb”.

“Cebhe.info” xəbər verir ki, bunu ArmLur.am-la söhbətində Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazan deyib.

O, məlumatı etibarlı mənbədən aldığını deyib, ancaq mənbəni dəqiqləşdirməyib.

Xatırladaq ki, bu gün səhər saatlarından Ermənistanın Noyenberyan şəhərində sakinlər etiraz aksiyasına başlayıblar. Onlar Azərbaycanla delimitasiya və demarkasiyayay etiraz edirlər.

Xəzər
“Cebhe.info”