“Fələstin fələstinlilərə məxsusdur” – Model

Fələstin əsilli dünyaca məşhur amerikalı modeli Bella Hadid Fələstinə dəstəyini davam etdirir.
“Cebheinfo.az” xəbər verir ki, məşhur model “İnstagram” hesabında Fələstin müqavimətinin simvolu olan qarpız dilimi şəklində boyanmış və üzərində "Fələstin Fələstinlilərə məxsusdur" sözləri yazılmış bir əl şəklini paylaşıb. Hadid əlinin üzərinə “Həmişə belə olub və hər zaman belə olacaq” ifadələrini qeyd edib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”