Fələstin Prezidenti Türkiyəyə səfər edəcək

Fələstin Prezidenti Türkiyəyə səfər edəcək

Fələstin Prezidenti Mahmud Abbas Qəzza müharibəsi və Fələstin qrupları arasında barışıq səyləri ilə bağlı danışıqlar aparmaq üçün gələn həftə Türkiyəyə səfər edəcək. 

“Cebhe.info” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bazar günü bildirib.

Aralıq dənizi kurortu Antalyada keçirilən illik diplomatik forumda yekun nitqində çıxış edən Fidan “Ramazandan əvvəl atəşkəsə nail olmaq üçün ciddi istək və səy var”,- deyib.

Türkiyənin xarici işlər naziri Abbasın çərşənbə axşamı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcəyini təsdiqləyib.

Fidanın sözlərinə görə, iki lider Fələstində baş verənləri, müharibənin hazırkı gedişatını, həmçinin Fələstindaxili dialoqu müzakirə edəcəklər.

Xəzər
“Cebhe.info”