Filippində gəmi batıb: Ölənlər var

Filippində gəmi batıb: Ölənlər var

Filippin hökuməti Çin bayrağı altında üzən “Hong Hai 16” adlı yük gəminin batması nəticəsində 4 nəfərin həyatını itirdiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Filippin Sahil Mühafizəsi (PCG) Occidental Mindoro sahillərində Çin bayraqlı "Hong Hai 16" adlı yük gəminin batması nəticəsində 4 nəfərin həyatını itirdiyini, itkin düşən 7 nəfərin tapılması üçün işlərin davam etdiyini açıqlayıb.

Məlumatda biri yerli vaxtla 08:30-da gəminin yerləşdiyi ərazidə, digəri isə saat 11:30-da əsas göyərtədə olan kabinədə olan daha iki cəsədin tapılması ilə ölənlərin sayının 4-ə yüksəldiyi bildirilib.Bildirilib ki, gəmidə olan 25 ekipaj üzvündən 14-ü sağ qalıb, 7 nəfər isə hələ də itkindir.

Nigar Hacılı 
"Cebheinfo.az"