Fransa Ermənistana silah VERƏCƏK

Fransa Ermənistana silah VERƏCƏK

Fransa Ermənistanı silahlandıracaq.

Modern.az xəbər verir ki, bu barədə İrəvanda olan Fransanın xarici işlər naziri Katrin Kollona erməni həmkarı Ararat Mirzoyanla mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, Fransa Ermənistana hərbi texnikanın verilməsinə imkan verəcək saziş imzalayacaq. Kolonna əlavə edib ki, bu məsələ ilə bağlı əlavə təfərrüatların verilməsini məqsədəuyğun hesab etmir.

“Həmçinin, biz Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrelə Aİ-nin müşahidə missiyasını genişləndirmək və onun mandatını gücləndirmək üçün rəsmi məktub göndərmişik. Biz Ermənistanı da Avropa sülh mexanizminə daxil etməyi təklif etmişik, məsələn, Moldovada belə bir proqram həyata keçirilir", - Kolonna qeyd edib.

Cebhe.info