Fransada hakim partiyanın adı dəyişdi

Prezident Emmanuel Makronun partiyası Rönesans, Milli Assambleyada adını dəyişərək, "Cümhuriyət üçün birlikdə" mənasını verən "Ensemble pour la Republique" oldu.
"Cebhe.info" xəbər verir ki, BFMTV kanalının xəbərinə görə, dünən keçirilən toplantıdan sonra Fransada hakim partiya olan Rönesansın adı dəyişdirilib.
Rönesans partiyasının millət vəkilləri, partiyanın Milli Məclisdəki qrup rəhbərinin müavini Baş nazir Qabriel Attal ilə görüşərək, yığıncaqda qəbul edilən ad dəyişikliyi qərarına uyğun olaraq partiyanın yeni adının “Cümhuriyyət üçün Birlikdə” olmasını təsdiqləyib.
Xatırladaq ki, “Cümhuriyyət üçün Birlikdə” adı ilk dəfə 2021-ci ilin noyabrında Makronun tərəfində olan partiyaları 2022-ci il qanunvericilik seçkilərində ortaq ittifaq altında birləşdirmək üçün istifadə edilib.
Nigar Hacılı
"Cebhe.info"