Fransanın xarici işlər naziri İrəvana səfər edəcək
Sentyabrın 15-də Fransanın Avropa və Xarici İşlər naziri Stefan Sejorne Ermənistana səfər edəcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.
Bildirilir ki, Fransalı nazirin səfəri sentyabrın 16-dək davam edəcək:
“Sentyabrın 16-da Ermənistan Respublikası Xarici İşlər Nazirliyində Ermənistan və Fransa xarici işlər nazirlərinin rəsmi görüşü keçiriləcək. Bundan sonra Ararat Mirzoyan və Stefan Sejorne birgə mətbuat konfransı keçirəcəklər”.
Ani Badalyan səfərin təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, 2024-cü ilin iyulunda Fransa Prezidenti Emmanuel Makronun sentyabrın 21-də Ermənistanın Müstəqillik Günü münasibətilə İrəvana səfər edəcəyi bildilirdi.
Bu baxımdan, xarici işlər nazirinin Ermənistanda E.Makronun səfərinə hazırlıq məsələlərini müzakirə edəcəyi gözlənilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”