Gürcüstanda LGBT qadağaları təsdiqlənir

Gürcüstanda LGBT qadağaları təsdiqlənir

Gürcüstanda LGBT qadağaları təsdiqlənir 

Gürcüstan parlamenti ictimai yerlərdə LGBT bayrağının nümayişinə qadağa, LGBT münasibətlərinin görünməsi və gender uyğunluğu prosesini ehtiva edən məhdudlaşdırıcı qanun layihələrini təsdiqləyib. 

"Cebhe.info" xəbər verir ki, sözügedən qanun layihəsi dünən Gürcüstan parlamentində səsə qoyulub. Hakim “Gürcü Arzusu” Partiyasının təklif etdiyi qanun layihələri deputatların səs çoxluğu ilə təsdiqlənib. 

Qanun layihələrinə əsasən, LGBT şəxsləri övladlığa götürə bilməyəcək, gender uyğunluğu keçən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər dəyişdirilməyəcək. 

LGBT mitinqləri və yürüşləri kimi tədbirlər də qadağan olunacaq. Təhsil sistemində LGBT təbliğatına icazə verilməyəcək və yayımçılara LGBT fərdlərinin münasibətlərini əks etdirən səhnələrin nümayişi qadağan ediləcək. Qeyd edək ki, Gürcüstanda qanun layihələrinin qanuna çevrilməsi üçün daha 2 oxunuşdan keçməsi lazımdır. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlamasında bildirib ki, oktyabrın 26-da keçirilməsi planlaşdırılan ümumi seçkilərə az qalmış qanun layihələrinin ikinci və üçüncü oxunuşlarına səs verəcəklər. Papuaşvili deyib ki, qanun layihələri ənənəvi münasibətləri dəyişdirən LGBT təbliğatına nəzarət etmək üçün lazımdır. 

Nigar Hacılı 
"Cebhe.info"