Hakerlər hücum etdi: İsrailin idman saytları çökdü

Hakerlər hücum etdi: İsrailin idman saytları çökdü

HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının İsrailə qarşı irimiqyaslı kiberhücumlara çağırışından sonra İsraildə idman saytları heklənib.

"Cebheinfo.az" xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydenin İsrailə genişmiqyaslı kiberhücumlara çağırışından sonra hakerlər tərəfindən İsraildəki idman saytları dağıdılıb.

İsrailin “Kanal 14” televiziyasının xəbərinə görə, hakerlər böyük klubların və basketbol, həndbol və üzgüçülük federasiyalarının internet səhifələrinə sızıblar.
Dağıdılan saytlar arasında “Maccabi Tel Aviv”, “Hapoel Tel Aviv”, “Maccabi Rishon Lezion” və “Hapoel Beersheba” futbol klubları, həmçinin basketbol, həndbol və üzgüçülük federasiyaları var. 

Saytlarda arxa planda Məscidül-Əqsa və öndə “Qəza Əbədi” (QAZA 4 EVER) və “Müharibə başladı, hazır ol” sözləri və Əbu Ubeydənin şəkli yer alıb.
Xəbərdə şəkillərin silindiyi, lakin saytlara dəyən ziyanın miqyasının hələlik müəyyən edilmədiyi bildirilib. 

Nigar Hacılı 
"Cebheinfo.az"