Hindistan 21-ci əsrdə ən çox əhalisi olan ölkə olacaq

Hindistan 21-ci əsrdə ən çox əhalisi olan ölkə olacaq

Birləşmiş Millətlər Təşkilatı 2023-cü ildə Çini keçərək dünyanın ən sıx əhalisinə malik ölkəsi olan Hindistanın 21-ci əsr boyu bu titulu qoruyacağını açıqlayıb.

"Cebhe.info" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) "Dünya Əhalisinin 2024-cü il vəziyyəti" hesabatını dərc edib.

Hesabatda Hindistanın bu il əhalisi 1,45 milyard olaraq təyin olundu.  Hindistan 2100-cü ilə qədər ən çox əhalisi olan ölkə olaraq qalacaq.

Ölkə əhalisinin 2054-cü ildə 1,7 milyardla pik həddinə çatdıqdan sonra azalmağa başlayacağı təxmin edilir.

Hesabatda dünya əhalisinin yaxın 50-60 ildə artmağa davam edəcəyi və 2080-ci illərdə bu rəqəmin təxminən 10,3 milyarda çatacağı proqnozlaşdırılır.

Nigar Hacılı 
"Cebhe.info"