“Hizbullah” və İran razılaşa bilmir

“Hizbullah” və İran razılaşa bilmir

“Hizbullah” İranın izni olmadan İsrailə hücum etməyə hazırlaşır. 

“Cebheinfo.az” CNN-ə istinadən xəbər verir ki, “Hizbullah” silahlıları İranın iştirakı olmadan İsrailə hücum əməliyyatı planlaşdırırlar. 

İddiaya görə, “Hizbullah” bu hücumu yaxın günlərdə həyata keçirəcək. CNN kanalı adı açıqlanmayan bir neçə ABŞ rəsmisinə istinadən bildirib ki, İran hakimiyyəti hələ də İsrailə hücum etmək planını nəzərdən keçirir. 

ABŞ hərbi rəsmisinin sözlərinə görə, İran hakimiyyəti İsrailə hücuma hazırlaşmaq üçün yalnız bir neçə addım atıb. Həmçinin qeyd olunub ki, “Hizbullah” və İran arasında İsrailə hücum planları ilə bağlı məsələlərdə fikir ayrılıqları ola bilər. 

Yunis Abdullayev 
“Cebheinfo.az”