İran və Rusiyanın Azərbaycanla bağlı planı açıqlandı

İran və Rusiyanın Azərbaycanla bağlı planı açıqlandı

İran və Rusiya Ermənistan, Gürcüstan və Azərbaycan vasitəsilə elektrik enerjisi mübadiləsi aparacaq.

Cebhe.info “Mehr” -ə istinadən xəbər verir ki, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian bildirib.

“Rusiya ilə elektrik enerjisinin mübadiləsi üçün biz iki marşrutdan - Azərbaycan Respublikasından və Ermənistan-Gürcüstandan istifadə etdik. Hazırda yekun danışıqlar və icra prosesindəyik”, -deyə o, müsahibəsində bildirib.

Energetika naziri əlavə edib ki, İran bəzi qonşularla elektrik enerjisini ödənişsiz mübadilə etmək niyyətindədir.

“Tezliklə biz Azərbaycan vasitəsilə Rusiya ilə elektrik enerjisi mübadiləsinə başlayacağıq. Ermənistan və Gürcüstan vasitəsilə Rusiyanın elektrik şəbəkəsinə qoşulması da gündəmdədir”, - deyə o, yekunlaşdırıb.

Xəzər
Cebhe.info