İranda kim prezident olacaq? - Son sorğunun ilginc nəticəsi

İranda kim prezident olacaq? - Son sorğunun ilginc nəticəsi

İranda bu gün keçirilən prezident seçkilərindən öncə keçirilən son rəy sorğusunun nəticələri bəlli olub. 

"Cebhe.info" xəbər verir ki, İSPA rəy sorğusunun nəticələrini açıqlayıb. Sorğunun nəticələrinə görə, Təbriz şəhərini İran parlamentində təmsil edən güneyli millət vəkili Məsud Pezeşkianın reytinqi kəskin artıb.

Üstəlik, vətəndaşların əksəriyyəti prezident seçkilərində Məsud Pezeşkiana səs vermək istədiklərini bildirirlər. Belə ki, “Seçkilər indi keçirilsəydi, prezidentliyə namizədlərdən hansına səs verərdiniz?” başlıqlı sorğusunda Məsud Pezeşkian 33,1 faiz ilə birinci olub. 

İkinci sırada 28,8 faizlə İranın dini liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, üçüncü sırada isə 19,1 faizlə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf gəlib. 

Elmir 
"Cebhe.info"