İranda polis 16 yaşlı bəluçu öldürüb

İranda polis 16 yaşlı bəluçu öldürüb

Dünən  İranın Sistan və Bəluçistan əyalətinin Nikşəhr şəhərində 16 yaşlı yeniyetmə bir etnik bəluç qətlə yetirilib.

Bu barədə İranda İnsan Haqları Təşkilatı - HENGAW xəbər verir. 

Məlumata görə, yeniyetmə hökumət qüvvələrinin onun avtomobili birbaşa atəşə tutması nəticəsində həlak olub. 

"Cebheinfo.az"