İrəvanda alınmadı: Baqrat kəndləri gəzəcək

İrəvanda alınmadı: Baqrat kəndləri gəzəcək

Gələn cümə günündən etibarən “Vətən naminə Tavuş” hərəkatı bölgələrə səfər edəcək.

“Cebhe.info”-nun məlumatına görə, hərəkatın rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan belə açıqlama verib. “Bununla bağlı siyasi və ictimai qüvvələrə məlumat verəcəyik. Kəndləri gəzib, hər evə girməliyik. İnsanların arxasınca qaçmamalıyıq.

İnsanların yanına gedəcəyik, yerində danışacağıq və onlara dəstək olacağıq. Çünki yerlərdə də çoxlu kortəbii hadisələr baş verir. Cümə axşamı və bazar ertəsi Müqəddəs Anna kilsəsinin həyətində yığıncaqlar keçiriləcək, kilsənin həyətində kitab açılacaq, müqəddəs hərəkata qoşulmuş vətəndaşlar burada öz məlumatlarını buraxa biləcəklər”,- deyə Barqat Qalstanyan bildirib. 

Müşfiq Abdulla 
“Cebhe.info”