İsrail gecə saatlarında Tehrandakı hərbi və nüvə obyektlərinə zərbələr endirib

İsrail gecə saatlarında Tehrandakı hərbi və nüvə obyektlərinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri ötən gecə Tehranda hərbi təyinatlı raketlərin istehsal edildiyi və nüvə tədqiqatlarının aparıldığı obyektlərə zərbələr endirib.

APA-nın məlumatına görə, bu barədə adıçəkilən ölkənin ordusunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 60-dan çox qırıcının iştirak etdiyi hava reydi kəşfiyyat məlumatlarına əsaslanıb və bu zaman 120 ədəd raketdən istifadə olunub.

İsrail Ordusundan həmçinin qeyd olunub ki, əməliyyat nəticəsində İran tərəfindən buraxılmış 4 ədəd pilotsuz uçuş aparatı sıradan çıxarılıb.

Eyni zamanda İranın Müdafiə Sahəsində Tədqiqatlar və İnnovasiya Mərkəzi də aviazərbələrə məruz qalıb.

Qeyd edək ki, bu mərkəz 2011-ci ildə İranın nüvə proqramının banisi hesab edilən Mohsen Fəxrizadə tərəfindən təsis edilib.

"Cebheinfo.az"