İsveçli jurnalist Ərdoğanı təhqir etməkdə ittiham olunur

İsveçli jurnalist Ərdoğanı təhqir etməkdə ittiham olunur

Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində İstanbulda saxlanılan İsveç vətəndaşı Kay Yoahim Medin həbs edilib.

"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, o, İstanbul meri Əkrəm İmamoğlunun həbsinə qarşı etiraz aksiyalarında iştirak etmək üçün Türkiyəyə gəldikdən sonra "prezidenti təhqir etmə" və "terror təşkilatına üzv olma"da ittiham olunur.

Medinin işlədiyi qəzetin baş redaktoru Andreas Qustavsson bildirib ki, iki gündür əməkdaşından heç bir xəbər yoxdur.

O, İstanbulda saxlanılıb.

"Cebheinfo.az"