İtaliyada 5 fəhlə dəm qazından zəhərlənərək ölüb

İtaliyada 5 fəhlə dəm qazından zəhərlənərək ölüb

İtaliyanın Siciliya adasındakı Kasteldaçça qəsəbəsində kanalizasiya şəbəkəsində işləyən 5 fəhlə qazdan zəhərlənərək ölüb.

"Cebhe.info" xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bir nəfərin isə xəstəxanaya yerləşdirildiyi, onun vəziyyətinin kritik olduğu bildirilib.

Özəl şirkətdə işlədikləri bildirilən işçilər kanalizasiya şəbəkəsindəki çuxura enərkən qaldırıcı çənindəki qazdan zəhərlənib və bir daha çölə çıxa bilməyiblər.

Nigar Hacılı 
"Cebhe.info"