İtkin düşən jurnalist ölü tapıldı

İtkin düşən jurnalist ölü tapıldı

Hindistanda korrupsiya iddiaları ilə bağlı reportajları ilə tanınan 32 yaşlı hind jurnalisti Mukeş Çandrakarın cəsədi Çhattisqarh əyalətində tapılıb.

"Cebheinfo.az" xəbər verir ki, 2024-cü il dekabrın 31-dən itkin düşən jurnalistin ailəsi polisə gedərək jurnalistin itkin düşdüyünü bildirib.

Çandrakarın cəsədi polis əməkdaşları onun mobil telefonundan gələn siqnalları izlədikdən sonra, cümə günü, yanvarın 3-də Bijapur şəhərində yol tikintisi podratçısının binasında tapılıb.

“BBC”-nin məlumatına görə, artıq jurnalistin ölümü ilə bağlı 3 nəfər saxlanılıb.

Saxlanılan şəxslərdən ikisinin qohum olduğu iddiası mətbuatda yer alarkən, jurnalist təşkilatları Çandrakarın ölümünün hərtərəfli araşdırılmasını istəyib.

Nigar Hacılı 
"Cebheinfo.az"