Keçmiş nazir korrupsiyada ittiham olunur

Keçmiş nazir korrupsiyada ittiham olunur

Ölkəni idarə edən Çin Kommunist Partiyasının (ÇKP) ali qərarverici orqanı olan Mərkəzi Komitənin Siyasi Bürosu dünən keçirdiyi iclasdan sonra iki keçmiş nazirin partiyadan xaric edildiyini açıqlayıb. 

"Cebhe.info" xəbər verir ki, Mərkəzi Hərbi Komissiya əvvəlki iclasında Li və Veyi general rütbələrindən məhrum edib və onları Çin Xalq Azadlıq Ordusundan (ÇXO) azad edib. Bildirilib ki, 2023-cü ilin əvvəlində vəzifəyə başlayan və 6 ay sonra qəfil yoxa çıxdıqdan sonra vəzifəsindən uzaqlaşdırılan Li Şanqfu barəsində istintaq 31 avqust 2023-cü ildə başlayıb və istintaqın sonunda müəyyən edilib ki, Li külli miqdarda rüşvət alıb və başqalarının adına mənfəət əldə etmək üçün başqalarına rüşvət verib. 

Qeyd olunub ki, 2018-2023-cü illərdə ölkədə müdafiə naziri vəzifəsində çalışmış Vey barəsində istintaq 21 sentyabr 2023-cü ildə başlayıb və istintaqın sonunda Veyin qeydiyyatsız hədiyyələr və pul müqabilində səlahiyyətlərindən başqalarının xeyrinə istifadə etdiyi müəyyən edilib. 

İstintaqlarda iki sabiq nazirin “ciddi intizam pozuntuları və cinayət törətməsi” ilə bağlı sübutların olduğu bildirilsə də, bunlarla bağlı təfərrüat verilməyib.

Sözügedən cinayətlərə görə iki keçmiş nazirin mühakimə olunacağı xəbərində şübhəlilər haqqında sərt ifadələr işlədilməsi diqqət çəkib. 

Nigar Hacılı 
"Cebhe.info"