Küveyt hava məkanını yenidən açdı

Küveyt hava məkanını yenidən açdı

Qətərdən sonra Küveytin də hava məkanını yenidən uçuşlara açdığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Küveyt Mülki Aviasiya Baş İdarəsinin yaydığı açıqlamada, ölkənin hava məkanında sabitliyin təmin olunduğuna əmin olunduqdan sonra uçuşların yenidən başlaması və hava hərəkətinin normallaşması qərarının verildiyi qeyd olunub.

Digər tərəfdən, Küveyt Hava Yolları bütün planlaşdırılmış reyslərinin əvvəlcədən təyin olunmuş cədvələ uyğun həyata keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Qətərdə yerləşən ABŞ bazasına İran tərəfindən hava hücumu həyata keçirildikdən sonra Qətər, Küveyt, İraq və Bəhreyn hava məkanlarını müvəqqəti olaraq bağlamışdı.

Daha sonra Qətər hava məkanını yenidən açdığını bəyan etmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"