Terror hücumu 71 nəfərin ölümünə səbəb oldu

Terror hücumu 71 nəfərin ölümünə səbəb oldu

Nigerin Tillaberi bölgəsində baş verən terror hücumunda 71 mülki şəxs həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, bir neçə gün əvvəl Tillaberidə yerləşən Manda kəndinə naməlum silahlılar tərəfindən hücum edilib.

Namazdan sonra məscid həyətində toplaşan insanların hədəf alındığı hücum nəticəsində 71 nəfər ölüb, ən azı 20 nəfər isə yaralanıb.

Xatırladaq ki, martda da bölgədə yerləşən Fambita kəndindəki bir məscidə cümə namazı zamanı hücum edilmiş və 44 nəfər həyatını itirmişdi.

Hazırda Tillaberi bölgəsi Niger, Mali və Burkina Fasonun sərhədlərinin kəsişdiyi üç sərhəd bölgəsi kimi tanınır.

Həmin sərhəd xətti 2017-ci ildən bəri “Əl-Qaidə” və İŞİD-lə əlaqəli terror təşkilatlarının tez-tez hücumuna məruz qalır.

Nigar Hacılı 
"Cebheinfo.az"