İngiltərə klubu Argentina millisinin üzvünü transfer edib

İngiltərə klubu Argentina millisinin üzvünü transfer edib

İngiltərənin "Kristal Pelas" klubu Argentina millisinin qapıçısı Valter Benitesi transfer edib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qapıçı iyulun 1-dən komandaya qoşulacaq.

32 yaşlı futbolçu Niderlandın PSV klubundan trnsfer olunub. Müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, PSV-nin heyətində 134 oyuna çıxan V.Benites bunların 43-də qapısını toxunulmaz saxlayıb. O, 2023-cü ildən Argentina yığmasının formasını geyinir.

"Cebheinfo.az"