Mansur Yavaş namizədliyini AÇIQLADI

Mansur Yavaş namizədliyini AÇIQLADI

Türkiyənin Ankara Böyük Şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş gələn il keçiriləcək bələdiyyə seçkilərində yenidən namizəd olacağını açıqlayıb.

Cebhe.info xəbər verir ki, o namizəd olmaq üçün rəsmi şəkildə müraciət də edib.

Mansur Yavaş bu barədə açıqlama da verib:

"Bizə əmanət olunan Ankaranı dünya paytaxtları ilə rəqabət aparan bir şəhərə çevirməyə davam edəcəyik. Əməyi keçən hər kəsə təşəkkür edirəm və özümü ankaralılara əmanət edirəm". 

Elmir Mustafa
Cebhe.info