Marqaret Tetçer pivə festivalı keçiriləcək

Böyük Britaniyanın əfsanəvi baş naziri Marqaret Tetçerə həsr olunmuş və onun 100 illik yubileyi münasibətilə xüsusi temalı pivə təqdim edə biləcək festival keçiriəcək.
Yubiley şənliyi oktyabrın 13-dən başlayaraq həftəyə planlaşdırılıb.
“Cebheinfo.az” bu barədə "Express"-ə istinadən xəbər verir.
Bayram tədbirləri bu ilin sonunda keçmiş baş nazirin məmləkəti Linkolnşirdəki Qrantem şəhərində keçiriləcək. South Kesteven Müstəqil Şurasının lideri Eşli Bakster yubileyi qeyd etmək üçün “Market Town”-da tədbirlərin planlaşdırıldığını söyləyib.
“Lincolnshire Live” xəbər verir ki, təfərrüatlar hələ məlum deyil.Bakster tədbirin "Tetçer Festivalı" adlandırıla biləcəyini, "Dəmir Ledi" və ya "Qrantham Qızı" kimi adlandırılan pivələrin ola biləcəyini deyib.
Britaniyanın ilk qadın baş naziri olan Tetçer 2013-cü ildə 87 yaşında vəfat edib. "Dəmir Ledi" ləqəbli baş nazir son 150 ildə ən uzun müddət hakimiyyətdə olan baş nazir olub.
Mühafizəkar Tetçer Britaniya tarixində mədənçilərin tətili, Folklend müharibəsi, “Soyuq müharibə” və Şimali İrlandiya problemləri də daxil olmaqla, ölkəyə keşməkeşli bir dövrdə rəhbərlik edib. Tetçer 1979-cu ildən 1990-cı ildə istefaya gedənə qədər 11,5 il baş nazir vəzifəsində çalışıb.
Xəzər
“Cebheinfo.az”