Məmurlar toplandı: Rəisinin yerinə seçkiyə hazırlıq başladı

Məmurlar toplandı: Rəisinin yerinə seçkiyə hazırlıq başladı

İran hökumətinin üç qolunun- icraçı, qanunvericilik və məhkəmə hakimiyyətinin rəhbərləri, o cümlədən müvəqqəti prezident Məhəmməd Moxber, parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsüni Ejei görüş keçiriblər.

“Cebhe.info” “Mehr”-ə istinadən xəbər verir ki, onlar ölkə prezidenti İbrahim Rəisinin vəfatından sonra iyunun 28-nə təyin edilmiş prezident seçkilərini müzakirə ediblər.

İclasda seçkilərin keçirilməsinə cavabdeh olan Daxili İşlər Nazirliyi və Konstitusiyaya əsasən namizədlərin ixtisaslarını yoxlayan Mühafizə Şurasının birgə səylərini artırmasının vacibliyi bildirilib. Müvəqqəti prezidentin sədrliyi ilə keçirilən iclasda daxili işlər naziri Əhməd Vahidi də iştirak edib.

İclasda ölkə daxilində əyalət qubernatorları, naiblər, bələdiyyə sədrləri və digər aidiyyəti məsul şəxslər tərəfindən seçkilərə zəmin hazırlamaq üçün səylərin gücləndirilməsinin vacibliyi vurğulanıb. Daxili İşlər Nazirliyinin bununla bağlı lazımi addımlar atması qərara alınıb.

Xəzər
“Cebhe.info”