"NATO birbaşa məsuliyyət daşıyır" - Çin

"NATO birbaşa məsuliyyət daşıyır" - Çin

Şimali Atlantika Alyansı Ukrayna böhranına görə birbaşa məsuliyyət daşıyır.

"Cebhe.info" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mətbuat üçün brifinqdə bildirib.

Vanq "NATO bu böhranda danılmaz məsuliyyət daşıyır. Alyans öz rolu üzərində düşünməli, günahı başqalarına atmağı dayandırmalı və böhranın siyasi həlli üçün praktiki addımlar atmalıdır", - deyib.

Vanq əlavə edib ki, Çin münaqişə tərəflərinə silah vermir və ikili təyinatlı mallara, o cümlədən pilotsuz uçuş aparatlarının ixracına ciddi nəzarət edir.

"Rusiyanın idxal etdiyi silah komponentlərinin və ikili təyinatlı məhsulların 60%-dən çoxu ABŞ və Qərb ölkələrindən gəlir", - Vanq deyib. O, Rusiya və Çinin normal və açıq ticarət-iqtisadi əməkdaşlığı davam etdirdiyini vurğulayıb.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq əvvəlki açıqlamasında Rusiyanın 2023-cü ildə idxal etdiyi mikroelektronikanın 90%-nin Çindən gəldiyini və Çinin Rusiyaya peyk görüntüləri verdiyini iddia etmişdi.

Nigar Hacılı 
"Cebhe.info"