Nazir avtomobilində qəzaya uğrayıb
Bu gün səhər saat 5 radələrində Kürdüstana səfər edən İranın sənaye, mədən və ticarət naziri Seyid Məhəmməd Atabəyi daşıyan avtomobil Kərəcdən Qəzvinə gedən yolda zəncirvari qəza törədib.
"Cebheinfo.az" bu barədə "Tasnim News"-a istinadən yazır.
Məlumata görə, iranlı nazir müalicə olunmaq üçün Kərəcdəki xəstəxanaya aparılıb. Bildirilib ki, o, ciddi xəsarət almayıb və tezliklə evə buraxılacaq.
"Cebheinfo.az"