Nepalda ardıcıl iki zəlzələ olub, 11 nəfər xəsarət alıb

Nepalda ardıcıl iki zəlzələ olub, 11 nəfər xəsarət alıb

Nepalda ardıcıl iki zəlzələ olub.

APA “CNN Türk”ə istinadən xəbər verir ki, ölkənin şimal-qərbində birinci 5,3, ikincisi isə 6,3 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Zəlzələlər nəticəsində 11 nəfər xəsarət alıb.

Qeyd edilib ki, Nepalda baş verən ardıcıl zəlzələlər Hindistanın paytaxtında da hiss olunub.

Cebhe.info