Nüvə silahlarına rekord həcmdə pul xərclənib

Nüvə silahlarına rekord həcmdə pul xərclənib

Nüvə silahlarına qlobal xərclər 13% artaraq 2023-cü ildə rekord həddə - 91,4 milyard dollara çatıb. 

“Cebhe.info” xəbər verir ki, bu barədə Nüvə Silahlarının Qadağan edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) dərc etdiyi hesabatda deyilir.

Təşkilatın hesablamalarına görə, keçən il doqquz nüvə dövləti 2022-ci ilə nisbətən öz arsenallarının saxlanması və modernləşdirilməsinə 10,8 milyard dollar (13,4%) daha çox sərmayə qoyub. ICAN məlumatlarına görə, nüvə silahları üçün ümumi xərclər 91,4 milyard dollar və ya saniyədə 2898 dollar təşkil edib.

Qeyd edildiyi kimi, ABŞ 2023-cü ildə 51,5 milyard dollar (2022-ci ildə 43,7 milyard dollar) ayıraraq, nüvə silahının inkişafına ən böyük investor olaraq qalır. İkinci yerdə keçən il nüvə silahına xərclədiyi xərclər 11,9 milyard dollara yüksələn Çindir (2022-ci ildə 11,7 milyard dollar). Onu 8,3 milyard dollarla Rusiya (2022-ci ildə 9,6 milyard dollar) izləyir.

ICAN-ın məlumatına görə, son beş ildə nüvə silahının maliyyələşdirilməsi 34% və ya 23,2 milyard dollar artıb, bu müddət ərzində ABŞ-ın xərcləri 45%, Böyük Britaniyanın xərcləri isə 43% artıb, təşkilat vurğulayır. Nüvə arsenalına xərclərin 2024-cü ildə 100 milyard dolları keçəcəyi proqnozlaşdırılır.

Xəzər
“Cebhe.info”