Orban: "Qərb artıq nümunə deyil”
Macarıstanın Baş naziri Viktor Orban Qərbin uzun müddət mənəvi baxımdan üstün olduğunu müdafiə etdiyini, lakin bu gün həmin iddianın çökdüyünü bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Macarıstan hökumətinin rəsmi internet saytında yer alan açıqlamaya görə, Baş nazir Orban qatıldığı tədbirdə Avropa İttifaqının (Aİ) tənqid edib.
Orban Brüsseldən gələn vəsaitlərin "Macarıstan hökumətinə qarşı fəaliyyət göstərən tərəflərə axdığını" iddia edib. Qərbin bir vaxtlar rifahı simvolizə etdiyini dilə gətirən Orban deyib:
"Qərb uzun müddət mənəvi üstünlüyünü müdafiə edib, lakin bu, hər zaman onun maliyyə maraqları ilə üst-üstə düşüb. Bu gün həmin iddia çökmüş vəziyyətdədir və bunun niyə etibarlılığını itirdiyini izah edən çox sayda nəşr mövcuddur. Qərb artıq bir nümunə deyil.
Avropa geriləmə dövründədir və Aİ senzuranı, müharibəyə girmə təzyiqini, Ukraynaya pul göndərilməsini və milli suverenliyə müdaxiləni təmsil edir”. Orban kopyalaya biləcəkləri xarici bir modelin artıq mövcud olmadığına diqqət çəkərək, artıq Macarıstanın milli maraqlarından çıxış edərək hərəkət etməli olduqlarını vurğulayıb.
Nigar Hacılı
"Cebheinfo.az"

