Pakistanda təbii fəlakət: Ölənlərin sayı 63-ə çatıb

Pakistanda təbii fəlakət: Ölənlərin sayı 63-ə çatıb

Pakistanın Pəncab, Bəlucistan və Hayber Paxtunxva əyalətlərində güclü yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayı 63-ə yüksəlib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Pakistan Fəlakətlərin İdarə Edilməsi Administrasiyasının sözçüsü Xurşid Ənvər ölkənin müxtəlif bölgələrinə təsir edən leysan yağışları ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, təxminən 1370 ev zərər görüb.

Səlahiyyətlilər pis hava şəraitinin axtarış-xilasetmə işlərinə mənfi təsir göstərə biləcəyinə də diqqət çəkib.

Nigar Hacılı 
"Cebhe.info"