Paşinyanı Almaniyada qarşılayan olmadı

Paşinyanı Almaniyada  qarşılayan olmadı

Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfər edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Paşinyanın Münhendə qarşılanması ciddi müzakirə mövzusuna çevrilib. 

Ermənistan hökumətinin başçısı Münhen hava limanında çəkilmiş fotolarını öz saytında yerləşdirib. 

Nikol Paşinyanı Almaniya rəsmilərindən heç kim qarşılamayıb. Onu hava limanında salamlayanların hamısı Ermənistan rəsmiləri olub. Belə ki, Paşinaynı qarşılayanlar Ermənistanın  müdafiə naziri Suren Papikyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan olub. Hətta onların Baş nazirlə eyni təyyarədə gəldiyi deyilir.

Fotolardakı sarışın qadın alman olsa da, Ermənistan Respublikasının Bavariyadakı fəxri konsulu doktor Kristina Zassedir. 

Ermənistan mediası bu görüntüləri Paşinyanın saxta salamlanması kimi şərh edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”