Pentaqondan Qəzza açıqlaması
ABŞ Müdafiə Nazirliyinin sözçüsü generalı Patrik Rayder İsrailin Qəzzanın Rəfah şəhərinə mümkün hərbi hücumları ilə bağlı Qəzzada olanların daha çox əziyyət çəkdiyini görmək istəmədiklərini açıqlayıb.
"Cebhe.info" xəbər verir ki, ABŞ-nin İsrailin Rəfaha qarşı mümkün hərbi hücumlarını dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı suala Rayder belə cavab verib:
Rayder bildirib ki, Qəzzada olanların daha çox əzab çəkdiyini görmək istəmirlər: “Buna görə də əməliyyatların planlaşdırılması və icrasında mülki vətəndaşların nəzərə alınması barədə israilli tərəfdaşlarımızla fəal şəkildə əlaqə saxlayırıq”.
Rayder mövzu ilə bağlı daha ətraflı sualları cavablandırmaq üçün jurnalistlərin israilli rəsmilərlə danışmalı olduğunu bildirib.
Nigar Hacılı
"Cebhe.info"