Pezeşkiandan məcburi hicab açıqlaması: "Yol tapmalıyıq"

İranın yeni Prezidenti Məsud Pezeşkian məcburi hicab qadağası ilə bağlı danışıb.
"Cebhe.info" xəbər verir ki, dövlət başçısı bu istiqamətdə yumşalma siqnalları verib.
Belə ki, Pezeşkianın məcburi hicab qaydalarının tərəfdarı olan şəxslə olan dialoqu marağa səbəb olub. Həmin vətəndaş Prezidentə məcburi hicab qaydalarına riayət etməyən qızlara qarşı tədbir görülməli olduğunu deyib.
Məsud Pezeşkianın cavabı isə diqqət çəkib:
“Biz bir yol tapmalıyıq. Sənin qızın sözünə qulaq asmadıqda nə edirsən? Hamısı bizim qızlarımızdır. Onlarla birlikdə olmalıyıq”.
Elmir
"Cebhe.info"