Polşa Prezidenti İrəvandadır

Polşa Prezidenti İrəvandadır

Polşa Prezidenti Anjey Duda Ermənistanda rəsmi səfərdədir.

Bu barədə “Armenpress” məlumat yayıb.

Qeyd edilib ki, Prezident və xanımı Aqata Kornhauzer-Duda noyabrın 25-dən 27-dək Ermənistanda rəsmi səfərdə olacaq.

Onun Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, Baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanla görüşlər keçirəcəyi bildirilib. Görüşlərin ardınca prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.

"Cebheinfo.az"