Putin Trampla görüşəcək

Putin Trampla görüşəcək

“Ehtiyac yaranan kimi Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında görüş təşkil olunacaq”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya liderinin köməkçisi Yuri Uşakov deyib. Onun sözlərini jurnalist Pavel Zarubin öz “Telegram” kanalında yayımlayıb.

"Biz görüşə hazırlaşırıq, digər səviyyələrdə təmaslar davam edir",-o deyib.

Kreml nümayəndəsi qeyd edib ki, iki lider arasında əlaqə, o cümlədən telefon danışığı kifayət qədər tez təşkil oluna bilər, lakin görüşlə bağlı hələlik konkret məlumat yoxdur.

Qeyd edək ki, daha əvvəl Tramp Putinlə danışmağa və görüşməyə şad olacağını bildirmişdi. Rusiya lideri də öz növbəsində Ukrayna münaqişəsinin həllinə göstərdiyi diqqətə görə Ağ Ev rəhbərinə təşəkkür edib.

Bundan əlavə, Rusiya Prezidenti Amerika lideri ilə Ukraynada atəşkəs ideyasını müzakirə etmək üçün zəng edə biləcəyini bildirib. Putin vurğulayıb ki, Moskva Ukraynadakı münaqişənin sülh yolu ilə dayandırılması ideyasını dəstəkləyir.

Xəzər
“Cebheinfo.az”