Qəzzada daha 45 fələstinli öldürüldü

İsrail və Fələstin arasındakı qarşıdurmanın 11-ci günündə İsrailin Xan Yunus və Rəfah şəhərlərinə endirdiyi hava zərbələri nəticəsində bir gecədə ən azı 45 fələstinlinin həyatını itirdiyi açıqlanıb.
Cebhe.info xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qəzzada Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verərək, İsrailin 1,1 milyon insanı Qəzzanın şimalını tərk etməyə çağırdıqdan sonra yüz minlərlə fələstinlinin Xan Yunis və Rəfahda sığındığını bildirib. İsrailin bu sığınacaqları gecə saatlarında vurulduğunu və nəticədə 45 adamın öldüyünü açıqladı.
Qəzzadakı sağlamlıq mənbələrinin məlumatına görə isə, İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda təxminən 60 fələstinlinin həyatını itirdiyi bildirilib.
Nigar Hacılı
Cebhe.info