Roma Papası İraqda məruz qaldığı sui-qəsd cəhdindən bəhs edib

2021-ci ildə İraqda terrorçu-kamikadzelər Roma Papası Fransiskə iki dəfə sui-qəsd cəhdi ediblər.
Bu barədə “Corriere della Sera” qəzeti Roma Papasının avtobioqrafiyasından bir parçaya istinadən məlumat verib.
Pontifik kitabda yazır ki, 2021-ci ildə İraqa səfərindən əvvəl onu xüsusilə uzun müddət "İslam Dövləti"nin nəzarətində olan ərazilərə pastoral səfərdən imtina etməyə razı salmağa çalışıblar. Lakin Fransisk səfərini ləğv etməyib.
Roma Papasının təhlükəsizliyini yerli polis və Böyük Britaniya kəşfiyyatı təmin edib. Fransiskə qısa fasilə ilə iki dəfə sui-qəsd cəhdi edilib. Bu, Papanın xristian icması ilə görüşmək üçün Mosula gəlməsi zaman baş verib.
"Cebheinfo.az"